Suriyalılar Bəşər Əsədi başları üstünə aldılar

14-11-2018, 11:34           
Suriyalılar Bəşər Əsədi başları üstünə aldılar
Suriya prezidenti Bəşər Əsəd cari ilin iyul ayında İŞİD terrorçuları tərəfindən qaçırılan, sonra ordunun əməliyyatları nəticəsində azad olan girovlarla görüşüb. FaktXəbər.com-un Al-Watan-a istinadla verdiyi məlumata görə, Prezident onları və ailə üzvlərini təbrik edib. O, bildirib ki, dövlət nəyin bahasına olursa olsun girovları axtarılması və azad edilməsi üçün əlindən gələni edəcək.

Görüş əsnasında xilas olunanların yaxınları sevinclərin bildirmək üçün Bəşər Əsədi çiyinləri üstünə qaldırıb və prezidenti, Suriya hökumətini dəstəkləyən şüarlar səsləndiriblər.

Xatırladaq ki, iyul ayının 25-də İŞİD terror təşkilatı Suveydada druzlara hücum çəkərək 250 nəfəri öldürmüş, 35 nəfəri isə qaçırmışdı. Suriya ordusu mütəmadi əməliyyatlar keçirərək terrorçular tərəfindən qaçırılanları xilas edib. Sonuncu dəfə əməliyyat zamanı 19 druz qadın və uşaq azad edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru