"Süd yolu"ndan da qədim yeni qalaktika kəşf edildi

14-11-2018, 12:10           
"Süd yolu"ndan da qədim yeni qalaktika kəşf edildi
Avropa Kosmik Agentliyinin (ESA) “Qaia” kosmik teleskopu “Süd yolu” qalaktikasının disk buludunun arxasında naməlum qalaktika kəşf edib.

Publika.az “Phys.org” saytına istinadən xəbər verir ki, “Qaia”nın optik qeydlərini analiz edən beynəlxalq astronomlardan ibarət araşdırma qrupu yeni qalaktikaya "Antlia 2 (Ant 2)" adını verib.

“Antlia 2” “Süd yolu”nun üçdən biri boyda olmasına baxmayaraq, işıq səviyyəsi aşağı olduğundan bu günə qədər kəşf edilməmiş qalıb.

Qeyd edək ki, bu tip kiçik qalaktikalar dünyanın erkən yaranma prosesində ortaya çıxan, buna görə də ulduzları qədim, parlaqlığı az olan kosmik varlıqlardır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru