Parisdən Trampa ingiliscə cavab - “сommon decency”

15-11-2018, 00:57           
Parisdən Trampa ingiliscə cavab - “сommon decency”
Fransa hökumətinin rəsmi nümayəndəsi Benjamen Qrivo ABŞ Prezidenti Donald Trampın Fransa və Prezident Emmanuel Makronun ünvanına səsləndirdiyi tənqidi tvitlərinə cavab verib.

Teleqraf.com xəbər verir ki, Benjamen Qrivo bu ərəfədə ölkədə terror aktlarının ildönümünün keçirildiyini qeyd edib və elementar nəzakət qaydalarını xatırladıb. “Mən bu tvitlər haqqında iki kəlmə deyəcəyəm. Dünən noyabrın 13-ü idi, biz üç il əvvəl Parisdə 130 vətəndaşımızın öldürülməsi hadisəsini xatırladıq. Buna görə də mən ingiliscə cavab verəcəyəm: сommon decency (adi nəzakət qaydası)”, - Qrivo belə deyib.

Noyabrın 13-də Donald Tramp özünün “Twitter” səhifəsində Amerika şərabına yüksək ixrac rüsumlarına görə Fransanı tənqid edən bir neçə qeyd yazıb. ABŞ Prezidenti, həmçinin Makronun ABŞ, Rusiya və Çindən müdafiə olunmaq üçün ümumi Avropa ordusunun yaradılması barədə ideyasını da tənqid edib, Fransa Prezidentinin reytinqinin aşağı olduğunu xatırladıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru