Azərbaycanın İsraildəki dostu yüksək posta doğru – İlginc gəlişmə

15-11-2018, 11:51           
Azərbaycanın İsraildəki dostu yüksək posta doğru – İlginc gəlişmə
İsrail-Azərbaycan əməkdaşlığı şəxslər üzərində qurulmayıb.

Teleqraf.com xəbər verir ki, bunu İsrailin Müdafiə naziri Aviqdor Libermanın istefasını şərh edərkən politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, Liberman İsrail hökumətinin HƏMAS-a yönəlik siyasətinə etiraz olaraq istefa verib:

“Lakin bu istefa onun siyasi arenada daha da güclənməsinə gətirib çıxaracağını düşünürəm. Hesab edirəm ki, o qarşıdan gələn seçkilərə ciddi-cəhdlə hazırlaşacaq.

Başqa sözlə, Azərbaycanın dostu Aviqdor Libermanın müdafiə naziri vəzifəsindən istefa verməsi heç də Azərbaycanın bu ölkədə mövqeyinin zəifləməsinə gətirib çıxarmayacaq. İsraildə Azərbaycanın dostları çoxdur və iki ölkə arasında əlaqələr şəxslər üzrə deyil, strateji maraqlar üzrə qurulub.

Hazırda Aviqdor Liberman ölkədə yenidən parlament seçkilərinin keçirilməsinə çağırış edib. Kifayət qədər tanınan və ictimai təsirə malik olan Liberman növbəti seçkilərdə baş nazir seçilmək şansına malikdir”.

Məhəmməd Əsədullazadə qeyd edib ki, növbədənkənar parlament seçkilərində Libermanın partiyası Knessetdə səs çoxluğu əldə etsə, o, baş nazir postuna qalxa bilər: “Bu isə Azərbaycan-İsrail əlaqələrini ən yüksək zirvəyə gətirib çıxaracaq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru