"Varlı gənclər həbs olunacaq"
15-11-2018, 12:39

Zaman-zaman dünya mətbuatında “Zəngin Övladları” adı altında bir çox ölkələrin varlı gənclərinin lüks həyatı nümayiş olunur.
Musavat.com xəbər verir ki, artıq varlı gənclərin lüks yaşam nümayişi ilə bağlı rəsmi qurumlar hərəkətə keçməyə başlayır.
"Zəngin Övladları” siyahısında ön sıralarda olan Fransada həmin gənclərlərlə bağlı tədbirlər görülməyə başlanıb. Fransa maliyyə nairliyinin hərəkətə keçməsilə fransalı zəngin gənclərin sosial mediada paylaşımları araşdırılmağa başlanıb. Araşdırmaların məqsədi vergidən yayınma və bu zəngin gəncləri külli miqdarda pulları haradan əldə etməsidir. Bu araşdırmaların sonunda bir çox varlı gəncin həbs ediləcəyi gözlənilir.
Qeyd edək ki, haqlarında araşdırma başladılacaq varlı gənclərin bir qismi fransalı iş adamı igər qismi isə yuxarı təbəqədə olan məmurların övladlarıdır.
Ölkədəki insanların gəlirlərinin aşağı səviyyədə olduğu bir zamanda belə gənclərin yüksək yaşam standartlarında həyat sürməsindən şikayətlənən nazir 2019-cu ildən etibarən ciddi tədbirlərin görüləcəyini vurğulayıb.
Sərt açıqlamaları ilə zəngin gəncləri qorxuya salan maliyyə naziri Gerald Darmanin bu fikilərini bir televiziya verilişində deyib.
Nazirin açıqlamalarından sonra hökumətin gizli şəkildə sosial mediada zəngin gənclərin ovuna çıxacağı bildirilib.
Araşdırmalar ilk olaraq ən çox paylaşım edilən “İnsatgram”dan başlanılacaq. Bütün bu xəbərdarlıqlara rəğmən bir çox gənc hələ də lüks yaşamlarını sərgiləməkdən çəkinmir.
Artıq fransalı jurnalistlər bu araşdlrmada hansı gənclərin saxlanılacağını ehtimal etməyə başlayıb.