Tbilisidə yaşayış binasında güclü partlayış olub, xəsarət alanlar var

15-11-2018, 15:12           
Tbilisidə yaşayış binasında güclü partlayış olub, xəsarət alanlar var
Gürcüstan paytaxtı Tbilisinin Zemo Poniçala qəsəbəsində yerləşən doqquzmərtəbəli yaşayış binalarının birində güclü partlayış baş verib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, binanın üçüncü mərtəbəsində səhər saatlarında qeydə alınan partlayışa məişət qazının sızması səbəb olub.

Hadisə nəticəsində ikisi uşaq olmaqla 4 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Xəstəxanadan xəsarət alanların vəziyyətinin ağır olduğu bildirilib.

Partlayış binanın bir hissəsinin uçmasına səbəb olub. Bir neçə mərtəbəyə və həyətdəki avtomobillərə ciddi ziyan dəyib, bütün mənzillərin pəncərələri sınıb.

Hazırda yanğınsöndürən və xilasedici briqadalar hadisə yerindədir. Onlar dağıntılar altında partlayış zamanı mənzildə olan ana və onun övladını axtarırlar.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru