ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı ittiham irəli sürməyə hazırlaşır

16-11-2018, 07:48           
ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanca qarşı ittiham irəli sürməyə hazırlaşır
ABŞ-ın Ədliyyə Nazirliyi Culian Assanc əleyhinə ittiham irəli sürməyə hazırlaşır.

"Report" xəbər verir ki, bu barədə "Wall Street Journal" vəziyyətlə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, nazirlikdə Assancın ABŞ-da mühakimə ediləcəyinə ümid edirlər.

Nəşrin məlumatına görə, prokurorlar il boyu Assanjın əleyhinə bir sıra mümkün ittihamları müzakirə ediblər.

Nəşrin mənbələri Böyük Britaniya və ya Ekvadorla bu mövzuda danışıqların aparılıb-aparılmaması barədə danışmaqdan imtina ediblər. Lakin bildiriblər ki, Assanjın ətrafında baş verən son hadisələr onları sevindirir.

Daha əvvəl Ekvador məhkəməsi Assanjın hüquqlarını qaçqın kimi müdafiə etməklə bağlı iddianı rədd etmək qərarına gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru