Avropanın bu ölkələrindən həmrəylik: Məhrum edilə bilər

16-11-2018, 21:21           
Avropanın bu ölkələrindən həmrəylik: Məhrum edilə bilər
Macarıstan XİN-in başçısı Peter Siyyarto çexiyalı həmkarı Tomaş Petrşiçeklə görüşündə Avropa Parlamentinin Macarıstan barəsində məhkəmə prosesinə başlamaq tövsiyəsini tənqid etdiyinə görə Çexiyanın Nümayəndələr Palatasına təşəkkür edib.
Muxalifet.az xəbər verir ki, Brüssel Budapeşti Avropa İttifaqı (Aİ) dəyərlərini məhv etməkdə təqsirləndirir. İttihamlar Lissabon müqaviləsinin bəndlərindən birinə əsaslanır. İttiham hökmü Macarıstanı səs vermək hüququndan məhrum edə bilər.
Xatırladaq ki, Çexiya və Macarıstan V4 qrupu üzrə tərəfdaşdırlar. Hər iki ölkə miqrasiya kvotalarına mənfi münasibət bəsləyir. Hər ikisi BMT-nin Qlobal Miqrasiya Paktını imzalamaqdan imtina edib.
P.Siyyarto deyib: “V4 Aİ daxilində öz maraqlarını müdafiə etməyi bacaran ən səmərəli siyasi birlikdir”.
Macarıstan naziri Praqada dünyanın müxtəlif ölkələrində xristianların təqib edilməsinə həsr olunmuş konfransda da iştirak edəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru