Trampın iradəsinin əksinə SNN-in jurnalisti yenidən Ağ evə döndü...
17-11-2018, 08:12

Amerika məhkəməsi həqiqətən müstəqil olduğunu bir daha sübut etdi.
Moderator.az xəbər verir ki, məhkəmə müvəqqəti olaraq SNN-in müxbiri Cim Akostenin Ağ evə akkreditasiyasını qaytarıb. Jurnalistin keçən həftə ABŞ prezidenti Donald Trampla söz güləşdirməsindən sonra Ağ evə akkreditasiyası ləğv edilmişdi.
Federal hakim Timoti Kelli cümə günü Ağ evi vəzifələndirib ki, müxbirin oraya buraxılışını bərpa etsin.
“Biz çox razıyıq, bu jurnalistika üçün böyük gündür” - SNN-in hüquqşünası məhkəmə binasından çıxarkən deyib. “Mən kolleqalarıma, KİV-ə məni dəstəklədikləri üçün, hakimə də qərarına görə təşəkkür edirəm. Hə, indi gəlin işimizə qayıdaq” - öz növbəsində Akoste deyib.
Akkreditasiyanın qaytarılmasından başqa, iddiaçı Ağ evdən, yəni həm də Trampdan məhkəmə xərclərini ödəməyi tələb edir.
İddiada akkreditasiyanın geri çağırılması söz azadlığının pozulması kimi qeyd edilib. Cavabdeh kimi Trampın özü və beş adam – Ağ ev aparatının rəhbəri Con Kelli və müavini Uilyam Şayn, həm də prezidentin mətbuat katibi Sara Sanders çıxış edib.
Bu hadisə həm azad məhkəmənin, həm söz azadlığının, həm də jurnalistikanın qələbəsidir.