Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur

18-11-2018, 10:20           
Britaniyalı "su pərisi" 20 ildir saçlarını yumur
Su pərisi olmaq eşqinə düşən britaniyalı rəssam uşaqlıqdan saçlarını yumur və kəsdirmir

Britaniyalı rəssam Frenki Kluni öz arzusunu reallaşdıraraq "su pərisi" olmaq qərarına gəlib. O, bu işə saçlarını uzatmaqla başlayıb.

Sputnik Azərbaycan xarici mediaya istinadla xəbər verir ki, qız 6 yaşından etibarən saçlarını uzadıb. Zaman keçdikcə, uzun saçları yuyub qurutmaq qıza əziyyət verməyə başlayıb. Odur ki, o, 13 yaşında saçlarını yumamaq qərarına gəlib. 18 yaşa çatanda isə qız hətta saçlarının uclarını kəsməyi də dayandırıb.

Kluni uşaqlıqda nağılları oxumağı xoşlayıb. Onun ən sevimli qəhrəmanı isə su pərisi olub. Məhz bu səbəbdən qız saçını uzadaraq ona oxşamağa çalışıb.

Kluni etiraf edib ki, uzun saçlarla qulluq etmək çətin deyil. O, sadəcə saçları vaxtı-vaxtında daramağı məsləhət görür. Qız saçlarını yumağı bir yaxınının məsləhəti əsasında dayandırıb. Əvvəl-əvvəl başı çox qaşınırmış. Lakin tədricən bu hal aradan qalxıb. Hazırda Kluninin 33 yaşı var. O, 20 ildir ki, saçlarını yumur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru