Dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısı açıqlanıb

21-11-2018, 08:14           
Dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısı açıqlanıb
Almaniyanın "Entwicklung Hilft Bundnis" təşkilatının mütəxəssisləri təbii kataklizmlər riskini nəzərə alaraq, dünyanın ən təhlükəli ölkələrinin reytinq siyahısını dərc edib.

"Report"un məlumatına görə, bu barədə Almaniyanın "Der Spiegel" jurnalı yazır.

Bildirilir ki, tədqiqata Rur universitetinin professoru Katrin Radtke rəhbərlik edib.

Araşdırmada 171 ölkənin məlumatları təhlil edilib. Ən təhlükəli ölkələr Sakit okeanının ada dövlətləri - Vanuatu və Tonqa hesab edilir. Həmin ölkələrdə sakinlər zəlzələ, sunami və qasırğadan məhv ola bilər. Araşdırmaçılara görə, Filippin də bu baxımdan pis durumdadır.

Risk kateqoriyasına Mərkəzi Amerika, Qərbi və Mərkəzi Afrika, eləcə də Cənub-Şərqi Asiya ölkələri salınıb.

Siyahıdakı ən təhlükəsiz ölkələrdən biri Rusiyadır. Siyahıda ondan sonra Qətər, Malta və Səudiyyə Ərəbistanı gərarlaşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru