Könüllü ölkəsinə qayıdan qaçqınlara Almaniyadan YENİ VƏD

21-11-2018, 08:35           
Könüllü ölkəsinə qayıdan qaçqınlara Almaniyadan YENİ VƏD
Almaniya ölkədə olan qaçqınların könüllü ölkələrinə dönməsi üçün onlara yeni vəd verib. AzEuroNews.com xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarə (BAMF) ilə birlikdə qaçqınların könüllü öz ölkələrinə qayıtmalarına təşviq etmək üçün bir proqramın icrasına başlayıb. Atıq ölkənin hər yerində “Sənin ölkən! Sənin gələcəyin! İndi! – Könüllü qayıdış” başlığı ilə hazırlanmış plakatlara rast gəlmək olur.

Almaniya Daxili İşlər Nazirliyindən bildirilib ki, bu ilin sonu – dekabrın 31-ə kimi öz ölkəsinə könüllü şəkildə qayıdan qaçqınların növbəti il üçün bir illik kirayə haqları federal hökumət dövlət tərəfindən ödənəcək.

Lakin bu kampaniya birmənalı qarşılanmayıb. Ölkənin ən böyük qaçqınlara yardım təşkilatı olan “Pro Asyl” bu işi “zövqsüz”, “Sezon sonu enidirmlər kampaniyası kimi” ifadələrlə sərt şəkildə tənqid edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru