Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI

21-11-2018, 17:37           
Bin Ladenə görə bütün dünyanı aldatdılar - İllər sonra HƏR ŞEY ÜZƏ ÇIXDI
Pakistan rəsmi olaraq ilk dəfə “Əl-Qaidə” terror təşkilatının keçmiş lideri Üsamə bin Ladenin tapılmasında rolunu qəbul edərək, ABŞ prezidenti Donald Trampın iddialarını təkzib edib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, açıqlamaya görə, “Əl-Qaidə” liderinin tapılması üçün ilk dəlil ABŞ-a Pakistan kəşfiyyatı tərəfindən verilib.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp ötən gün Üsamə bin Ladenin tapılmasında Pakistanın heç kömək etmədiyini, bu ölkəyə edilən milyonlarla dollarlıq yardımların boşa getdiyini bildirmişdi. Tramp yanvar ayında isə Pakistanın bəzi terror təşkilatları üçün təhlükəsiz bir bölgəyə çevrildiyini və bu təşkilatların Əfqanıstanda hücumlarda iştirak etdiyini söyləmişdi.

ABŞ bu il Pakistana 255 milyon dollarlıq hərbi yardımın verilməsini dayandırıb.

Qeyd edək ki, Üsamə bin Laden bir çox ölkədə qadağan edilmiş “Əl-Qaidə” beynəlxalq terror təşkilatının banisidir. O, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda terror aktlarının təşkilatçısı hesab edilir. Bin Laden 2 may 2011-ci il gecəsi Amerika hərbçiləri tərəfindən Pakistanın Abbottabad şəhərində məhv edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru