Tramp hücuma keçmək istədi, müşaviri qorxutdu - KİV

21-11-2018, 19:46           
Tramp hücuma keçmək istədi, müşaviri qorxutdu - KİV
ABŞ prezidenti Donald Tramp özünün iki siyasi rəqibi – demokratların namizədi Hillari Klinton və FTB-nin keçmiş sədri Ceyms Komi barəsində istintaq başladılması üçün Ədliyyə Nazirliyinə göstəriş verməyi planlaşdırıb.

Axar.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” informasiya yayıb.

Məlumata görə, Tramp bu niyyəti barədə Ağ Evdəki müşavirlərinə danışıb. Prezidentin müşavirlərindən Donald Makqan isə prezidentin təklifini rədd edib və onun belə bir səlahiyyəti olmadığını, belə bir addımın Trampın vəzifə səlahiyyətlərindən sui-istifadəsi kimi qiymətləndiriləcəyini bildirib.

Makqan Trampa rəqibləri barəsində istintaq başlatmaq göstərişi verəcəyi halda bunun bir sıra ağır nəticələrinin olacağı, hətta impiçmentin də mümkün olduğu barədə xəbərdarlıq edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.