NYT: Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar

22-11-2018, 06:53           
NYT: Kaliforniya sakinləri meşə yanğınları barədə məlumatlandırılmayıblar
ABŞ-ın Kaliforniya ştatının Bütt dairəsi sakinlərinin böyük əksəriyyəti meşə yanğınlarının başlaması barədə vaxtında məlumatlandırılmayıblar.

“Report”un "The New York Times" nəşrinə istinadən yaydığı xəbərə görə, ştat sakinləri bildiriblər ki, yanğın barədə onlara zəng vuran qohumları və ya evlərin pəncərələrini döyən qonşuları sayəsində xəbər tutublar.

Qeyd olunur ki, tək-tük adamlara xüsusi xidmət orqanlarının dispetçerləri zəng vurublar.

Qəzet yazır ki, əhalinin məlumatlandırılması barədə qərarı "Qırmızı kod" adlı sistemdən istifadə edən Bütt dairəsi şerifinin ofisi qəbul edib.

Məlumata görə, bu sistem insanların telefon nömrələrinə zəngin köməkliyi ilə meşə yanğınları barədə xəbərdarlıq olunmalarını nəzərdə tutur. Bununla belə bu, yalnız sistemə abunə olanlara aiddir. Belə insanların sayı isə azdır.

Son məlumatlara görə, Kaliforniyada təbiət yanğınları nəticəsində azı 84 nəfər həyatını itirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru