Ərəblərin 24.4 milyon dollarlıq LAYİHƏSİ

22-11-2018, 07:24           
Ərəblərin 24.4 milyon dollarlıq LAYİHƏSİ
2020-ci ilin əvvəlində BƏƏ-də ilk nüvə reaktoru işə salınacaq.

Publika.az xəbər verir ki, bu barədə jurnalistlərə BƏƏ-nin Nüvə Tənzimlənməsi üzrə Federal Xidmətinin (FANR) başçısı Krister Vikterson məlumat verib. O bildirib ki, gözlənildiyinə görə, BƏƏ-də ilk atom elektrik stansiyasının – “Baraka” AES-in operatoru olan “Nawah Energy” şirkəti elektrik stansiyasının istismara hazır olduğunu 2019-cu ilin sonunda elan edəcək.

Körfəz sahillərində, Əbu-Dabi Əmirliyində yerləşən AES ərəb dünyasında energetika sahəsində ən iri layihə sayılır. Onun tikintisinə 2012-ci ildə başlanılıb. Layihənin ümumi dəyəri 24,4 milyard dollardır. AES özündə ümumi gücü 5600 meqavat olan dörd reaktoru birləşdirir. “Baraka” AES BƏƏ-nin energetika sistemi üçün səmərəli və etibarlı enerji mənbəyi olacaq. Hesab edilir ki, “Baraka” AES BƏƏ-nin elektrik enerjisinə olan tələbatının dörddə üç hissəsini təmin edəcək. Nəticədə karbon qazı tullantılarının səviyyəsi ildə 21 milyon ton azalacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru