“Tramp Kaşıkçı cinayətində səudların yanında olacaq” - “New York Times”

22-11-2018, 07:52           
“Tramp Kaşıkçı cinayətində səudların yanında olacaq” - “New York Times”
ABŞ-ın “New York Times” qəzeti Donald Trampın Kaşıkçı cinayətində Səudiyyə Ərəbistanının yanında olacağını iddia edib.

Qəzetdə dərc olunun “Tramp Səudiyyə Ərəbistanının dəyərlərini müdafiə edir” başlıqlı məqalədə Trampın FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəldiyi qeyd olunub.

“Tramp dünənkı açıqlamasında, Camal Kaşıkçının öldürülməsinin nə qədər yanlış olursa-olsun, səbəbkarı kim olursa-olsun, səudların yanında olacağını söyləmiş oldu. ABŞ prezidenti FTB-nin nəticələrini və Amerika dəyərlərini görməzdən gəlir. Tramp Səudiyyə Ərəbistanında və başqa yerlərdəki “zorba”ları cəsarətləndirərək, dünyanı daha təklükəli hala gətirir”, - qəzet yazır.

Yazıda həmçinin Trampın əlaqələrinin ticarət amaclı olduğu vurğulanıb: “Ədalətin yerini tapması üçün Kaşıkçı cinayətinin bütün detalları ortaya çıxmalıdır. Səudiyyə Ərəbistanın vəliəhd Şahzadəsi də daxil olmaqla, heç kimsə etdiklərinin hesabını verməkdən qaçmamalıdır”.


Qeyd edək ki, ABŞ prezidenti şahzadə Məhəmməd Bin Salman ilə bağlı özünə yönəldilən tənqidlərə rəğmən Səudiyyə Ərəbistanı ilə əməkdaşlıqlarının sarsılmaz olduğunu vurğulamışdı.



Musavat.com












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru