Yeni nəsil rus qırıcılarının görüntüləri yayıldı - Video

22-11-2018, 07:59           
Yeni nəsil rus qırıcılarının görüntüləri yayıldı - Video
Rusiya Müdafiə Nazirliyinə aid "Zvezda" televiziyası yeni nəsil Su-57 hərbi təyyarələrinin manevrlərini əks etdirən görüntüləri yayımlayıb.

Axar.az xəbər verir ki, An-12 hərbi təyyarəsindən çəkilən görüntülərdə 4 hərbi təyyarənin bir neçə metr məsafə saxlamaqla, ard-arda səmada süzdükləri əks olunub. Bundan əlavə, görüntülərdə təyyarələrdən biri öz oxu ətrafında fırlanır.

Qeyd edək ki, sözügedən təyyarə quru və dənizdəki hədəfləri və hava komandanlığının alt mərkəzlərini məhvetmə qabiliyyətinə malikdir.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru