Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb

13-12-2018, 07:23           
Tereza Mey Britaniyanın baş naziri vəzifəsində qalıb
Tereza Mey ölkənin Avropa İttifaqından çıxması ilə bağlı ("Brexit") etimad göstərmək məsələsinə dair səsvermədə qalib gəlib və Böyük Britaniyanın baş naziri vəzifəsində qalıb.

"Report" "Reuters"ə istinadən xəbər verir ki, çərşənbə günü keçirilən gizli səsvermə zamanı mühafizəkar deputatların böyük əksəriyyəti Meyi dəstəkləyib.

Onların 200 nəfəri hazırkı baş nazirin lehinə, 117-si isə əleyhinə səs verib.

Bundan əvvəl Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının Rəhbər Komitəsinin sədri Qrem Bredi ölkənin Baş naziri Tereza Meyə qarşı etimadsızlıq məsələsi (votumu) üzrə səsvermə proseduruna başlandığını bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.