Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır

13-12-2018, 07:32           
Çin İranla nüvə sazişinin saxlanmasının tərəfdarıdır
Çin İranın nüvə proqramını məhdudlaşdıran Birgə Hərtərəfli Fəaliyyət Planının (BHFP) saxlanması və Tehranın raket proqramının qiymətləndirilməsi zamanı təmkinlilik nümayiş etdirilməsinin tərəfdarıdır.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu çərşənbə günü BMT Təhlükəsizlik Şurasının nüvə silahının yayılmaması problemlərinin müzakirəsinə həsr olunmuş iclasında Çinin BMT yanında daimi nümayəndəsi Ma Çjaosüy deyib.

"Biz həmişə İran probleminin siyasi və diplomatik həllinin tərəfdarı olmuşuq. Biz yayılmama rejiminə və beynəlxalq sülh və sabitliyin qorunmasına sadiqik. Birgə Hərtərli Fəaliyyət Planının qorunması və dəstəklənməsi üçün qərəzsiz və obyektiv fəaliyyətimizi davam edəcəyik", - deyə o bildirib.

İranın raket proqramına toxunan Çin təmsilçisi məsuliyyətlə davranmağa və yoxlanılmamış məlumatları yekun sənədlərə daxil etməməyə çağırıb.

"Bütün tərəflər ballistik raket sınaqlarını nəzərdən keçirən zaman təmkinlə hərəkət etməlidir", - deyə Ma Çjaosüy əlavə edib.

Bundan əvvəl Amerika tərəfi BMT Təhlükəsizlik Şurasını (TŞ) İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru