Ermənistandakı parlament seçkilərinə Moskvadan ilk reaksiya gəldi - Putin yenə də təbrik etmədi

13-12-2018, 13:28           
Ermənistandakı parlament seçkilərinə Moskvadan ilk reaksiya gəldi - Putin yenə də təbrik etmədi
Xəbər verildiyi kimi Rusiya prezidenti Vladimir Putin Ermənistanda keçirilən növbədənkənar seçkilərlə bağlı Nikol Paşinyanı təbrik etməyib. Bu gün rəsmi Moskvadan bununla bağlı ilk reaksiya gəlib. Reaksiya isə ölkə başçısı Putindən deyil, Rusiya xarici işlər nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovadan gəlib.

AzNews.az erməni mediasına istinadən xəbər verir ki, xanım siyasətçi qeyd edib ki, rəsmi Moskva Ermənistanın yeni parlamenti və yeni hökuməti ilə konstruktiv dialoq aparmağa hazırdır.

"Məqsədimiz iki ölkə arasında, Avrasiya İqtisadi İttifaqı, KTMT və MDB çərçivəsində qarşılıqlı əlaqələri daha da möhkəmləndirməkdir". Zaxarova belə deyib.

AzNews.az qeyd edir ki, rəsmi Yerevan parlament seçkiləri ilə bağlı Vladimir Putinin təbrik məktubunu gözləyir. Hələlik isə təbrik yerinə xanım siyasətçidən quru reaksiya gəlib. Görünür, Moskva Ermənistandakı seçkilərin niyə və necə keçirilməsindən yaxşı xəbərdardır. Belə olmasaydı, ilk təbrik seçki bitən günü Kremldən gələrdi. Gəlməyibsə, deməli heç vaxt












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru