Maduro Donald Trampla dostlaşmaq qərarına gəlib – «ABŞ-da ədalət olsaydı…»

14-12-2018, 07:01           
Maduro Donald Trampla dostlaşmaq qərarına gəlib – «ABŞ-da ədalət olsaydı…»
Venesuelanın prezidenti Nikolas Maduro bəyan edib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Trampın Venesuela ilə yola getmək və sələfi Barak Obamanın «səhvlərini düzəltmək» üçün bütün şansları var.

Onun sözlərinə görə, ölkələr geniş spektli məsələlər üzrə açıq diloq apara bilərlər.

«Əgər Tramp istəsə və öz siyasətini dəyişmək qərarına gələrsə, mən onun qulluğunda hazıram ki, danışmaq ehtiyacı olan bütün mövzularda dialoq aparaq» - deyə, Maduro öz Feysbuk səzifəsində yayımlanan mətbuat konfransının gedişində bəyan edib.

Bundan başqa, o, ABŞ Konqresinə, ABŞ Prezidentinin milli təhlüksizlik məsələləri üzrə müşaviri Con Boltonun dediyi kimi, guya ölkənin daxili işlərinə qarışmaq planını araşdırmaq üçün hərəkətət keçməyi təklif edib.

«Mən, bu gün etdiyim ittiham çox ciddidir. Con Bolton Venesuelanın daxili işlərinə qarışmaq üzrə terrorçu plana başçılıq edir. Əgər, ABŞ-da ədalət olsaydı, konqres və KİV-lər bunu araşdırmalı idilər» - deyə, Maduro əlavə edib.

Maduronun sözlərinə görə, Məhz Bolton bu ilin avqust ayında Venesuelada çevriliş və hakimiyyəti devirmək üçün özünə qarşı sui-qəsd hazırlayıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.