«Venesuelaya gələn Rusiya təyyarələri muzey eksponatıdır!» – ABŞ-ın Kolumbiyadakı səfiri

15-12-2018, 08:04           
«Venesuelaya gələn Rusiya təyyarələri muzey eksponatıdır!» – ABŞ-ın Kolumbiyadakı səfiri
Amerika Birləşmiş Ştatlarının (ABŞ) Kolumbiyadakı səfiri Kevin Uitaker qonşu Venesuelaya gəlmiş Rusiya təyyarələrini «muzey eksponatı» ilə müqayisə edir. Bu barədə xəbəri «RCN» radiosu yayıb.

«Bu yaşda təyyarələr provakasiya deyillər. Onlar gerçəkdən də muzeydəndirlər» – deyə, Uitaker bəyan edib.

Diplomatın sözlərinə görə, ABŞ Venesuelada «80-ci illərin Rusiya bombardmançılarının» iştirakını qeyd edir.

«Göründüyü kimi, biz buraya gəmi-höspital gətrmişik, ruslar isə bombardmançılarla gəliblər – bu da bir çağırışdır» – deyə, səfir bəyan edib.

Bundan əvvəl Kolumbiyanın Prezidenti İvan Duke Rusiyanın döyüş təyyarəsinin Venesuelaya gəlməsi ilə əlaqədar olaraq, narahatlığını ifadə edib və bildirib ki, bunu xoşməramlı jest hesab etmir. Dukenin sözlərinə görə, bölgə ölkələri Nikolas Maduro hökumətinin provakasiyalarına uymamalıdırlar, amma Karakasın mümkün davranışlarına hazır olmalıdırlar.

Çərşənbə günü Venesuelanın Prezidenti Nikolas Maduro bəyan edib ki, ölkəyə digər ölkələrin hərbi təyyarələri gəlməkdə davam edirlər. Onun sözlərinə görə, Rusiya təyyarələrinin gəlməsi iki ölkənin əməkdaşlıq planlarına uyğundur.
/azpolitika.info/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru