Məşhur uşaq markası 40 milyard itirdi – Xərçəng yaratdığını bilirmiş…

15-12-2018, 22:34           
Məşhur uşaq markası 40 milyard itirdi – Xərçəng yaratdığını bilirmiş…
ABŞ-ın məşhur uşaq markası olan “Johnson & Johnson” şirkəti 39,8 milyard dollar itirib.

Məlum olub ki, şirkət illərdir uşaq kirşanının (“prisıpka”) tərkibində sağlamlıq üçün təhlükəli olan asbestin olmasından xəbərdardır və bunu gizlədib. Xəbərin yayılmasından sonra şirkət tarixinin ən ağır günlərini yaşayır.

“Johnson & Johnson” yayılan iddiaları təkzib edib, onu birtərəfli, yalan və təhrikedici adlandırıb.

Xatırladaq ki, 2016-cı ildə ABŞ-ın Missuri ştatının məhkəməsi kosmetik məhsul istehsalçısını həmin şirkətin məhsullarından istifadə edərək xərçəngə yaxalandığını iddia edən qadına 55 milyon dollar ödəməyə məcbur etmişdi.

Cari ildə isə Missuri məhkəməsi “Johnson & Johnson”un üzərinə 22 qadına 4,69 milyard dollar ödəməklə bağlı öhdəlik qoyub.

Qeyd edək ki, 1886-cı ildə yaradılan şirkət dünyanın ən iri kosmetik və sanitar-gigiyenik məhsul istehsaçılarındadır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru