Ağ ev: Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib

18-12-2018, 08:17           
Ağ ev: Tramp Ərdoğana Güləni ekstradisiya edəcəyinə söz verməyib
ABŞ prezidenti Donald Tramp G20 sammiti çərçivəsində türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan ilə görüşü zamanı FETÖ terror təşkilatının lideri Fətullah Gülənin ekstradisiyası ilə bağlı üzərinə öhdəlik götürməyib.

“Report” xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Prezident Administrasiyasının əməkaşına istinadən "Reuters" məlumat yayıb.

"G20-də prezident Ərdoğanla görüş zamanı prezident Güləni ekstradisiya edəcəyinə dair üzərinə öhdəlik götürməyib", - deyə Ağ evin yüksəkçinli əməkdaşı bildirib.

Bundan əvvəl ABŞ prezidenti Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi üçün yollar axtardıqlarını bəyan etmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru