ABŞ Rusiyaya yeni sanksiya zərbəsi hazırlayır- Kurt Volker anonsunu verdi

18-12-2018, 08:28           
ABŞ Rusiyaya yeni sanksiya zərbəsi hazırlayır- Kurt Volker anonsunu verdi
Kerç boğazındakı gərginlik Rusiyanı növbəti sanksiya zərbəsi ilə üz-üzə qoya bilər. Birləşmiş Ştatlar Kerçdəki insidentə görə yaxın vaxtlarda Rusiyaya sanksiya tətbiq etməyə hazırlaşır.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Ukrayna üzrə xüsusi nümayəndəsi Kurt Volker məlumat verib.

“Almaniya, Fransa və Qərbdəki digər tərəfdaşlarımızla danışıqlar aparırıq. Əmin olmaq istəyirik ki, addımlarımızı yaxşı koordinə edirik”, – deyə Volker bu gün Brüsseldə keçirilən brifinqdə bildirib.

Volker qeyd edib ki, Vaşinqton Qara dənizdə iştirakını artırmaq məsələsinə yenidən baxmalıdır.

O həmçinin Türkiyənin Qara dənizdə olduqca ciddi rol oynadığını və ABŞ-ın bu regiondakı vacib müttəfiqi olduğunu deyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.