Tramp: ABŞ öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil

27-12-2018, 07:41           
Tramp: ABŞ öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil
Birləşmiş Ştatlar öz qoşunlarını İraqdan çıxarmaq niyyətində deyil.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp çərşənbə günü İraqda amerikalı hərbçilərlə görüşü zamanı deyib.

"Əslində biz Suriyada nəsə etmək istəsəydik, bundan göndəriş məntəqəsi kimi istifadə edə bilərdik...Əgər görsək ki, İŞİD-lə bağlı bizə xoş olmayan hadisələr baş verir, biz onlara elə cəld və güclü zərbə endirə bilərik ki, onlar nə baş verdiyini anlamazlar", - deyə o bildirib.

ABŞ prezidenti Donald Tramp çərşənbə günü gözlənilmədən İraqa səfər edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru