Trampda fərari çıxdı - Vyetnam müharibəsi zamanı hərbi xidmətdən yayınıb

27-12-2018, 07:58           
Trampda fərari çıxdı - Vyetnam müharibəsi zamanı hərbi xidmətdən yayınıb
ABŞ prezidenti Donald Tramp 1960-cı illərdə atasının əlaqələri sayəsində hərbi xidmətdən yayınıb.

“Report” "New York Times" nəşrinə istinadən xəbər verir ki, bunu nəşrə Nyu-York ortopedi Larri Braunstaynın qızları deyib.

Qadınların sözlərinə görə, onların atası inşaat maqnatı Fred Trampla yaxşı tanış imiş və "ona göstərdiyi xidmət" barədə danışmağı xoşlayırmış.

Onlar iddia edirlər ki, 1968-ci ildə (bu zaman Vyetnamda müharibə gedirdi) həkim Fredin 22 yaşlı oğlu Donalda əslində olmayan ayaqda sümük çıxıntısı diaqnozu qoyub.

Həmin vaxtlar ABŞ-da bu diaqnoz qanuni olaraq hərbi xidmətdən yayınmaq üçün kifayət edirmiş.

Bildirilir ki, bunadək Donald Tramp təhsil ilə əlaqədar 4 dəfə hərbi xidmətdən möhlət alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru