Almaniyada müsəlmanlardan “Məscid vergisi” alına bilər

27-12-2018, 21:45           
Almaniyada müsəlmanlardan “Məscid vergisi” alına bilər
Almaniyada müsəlmanlardan ibarət dini təşkilatlarn xaricdən maliyyə yardımı almasının qarşısını almaq üçün “Məscid vergisi” müzakirə olunur. AzEuroNews.com xəbər verir ki, hakimiyyətdəki koalisiya partiyaları və siyasətçilər “Məscid vergisi” təklifinə dəstək verdiklərini ifadə ediblər.

Kolaisiya hökumətində təmsil olunan Xristian Birlik (CDU), Xristian Sosial Birlik (CSU) və Sosial Demokrat Partiyası (SPD) təmsilçiləri “Məscid vergisi” ilə bağlı açıqlamalarında bildiriblər ki, məqsəd Almaniyada yaşayan və müxtəlif dini təşkilatların adı altında fəaliyyət göstərən şəxslərin xaricdən maliyyə aslılığını aradan qaldırmaqdır. Siyasətçilərin fikrincə bu daha güclü bir Almaniya üçün mütləq lazımdır. Xüsusilə onlar Almaniyada 900 məscidi olan və ölkədə ən böyük müsəlman təşkilatı olan Diyanət İşləri Türk-İslam Birliyinin (DİTİB) Türkiyədən maliyyə dəstəyi almasına heç də normal baxmırlar.

Məlumat üçün bildirək ki, DİTİB-in Almaniyada ən böyük məscidi Köln şəhərindədir. Köln mərkəz camesinin rəsmi açlışını Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.