Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB

29-12-2018, 07:57           
Misirdə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı artıb - YENİLƏNİB
Qahirədə turist avtobusunun partladılması nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb.

“Report” "Al Arabiya" telekanalına istinadən xəbər verir ki, onlardan üçü Vyetnam vətəndaşı, biri isə misirli bələdçidir.

***22:51

Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobusun partladılması nəticəsində 2 nəfər ölüb, 12-si yaralanıb.

“Report” xəbər verir ki, bu barədə Misirin Daxili İşlər Nazirliyinə (DİN) istinadən "Al Jazeera" məlumat yayıb.

DİN-in məlumtına görə, avtobus Vyetnamdan olan 14 turisti daşıyırmış.

***21:26

Misirin paytaxtı Qahirədə yerləşən Gizə piramidaları ərazisində içərisində turistlərin olduğu avtobus partladılıb.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü "Sky News Arabia" telekanalı məlumat yayıb.

Bildirilir ki, ölən və yaralananlar var.

Daha əvvəl Hindistanda sərnişin avtobusu körpüdən çaya aşıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru