ABŞ ordusu Suriyadakı silah anbarını boşaldıb

30-12-2018, 07:15           
ABŞ ordusu Suriyadakı silah anbarını boşaldıb
ABŞ ordusu Suriyanın İraqla sərhədinə yaxın Malikiyə bölgəsində YPG/PKK-ya göndərilən hərbi silah-sursatların paylandığı anbarlardan birini boşaldıb.

Bu barədə “Anadolu” agentliyi məlumat yayıb. Təxminən 50 ABŞ hərbçisinin xidmət etdiyi 400 kvadratmetrlik anbardakı “Hummer” markalı zirehli maşınlar və tırlar İraqa göndərilib. ABŞ əsgərlərinin hərbi texnika ilə birgə Suriyanı tərk etdikləri bildirilir.

Qeyd edək ki, ABŞ örezidenti Donald Tramp Suriyadan ABŞ qoşunlarının çıxarılması haqqında qərar qəbul edib. ABŞ əsgərləri Suriya ərazisində 18 hərbi bazada yerləşib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru