Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələr Hələbin cənubunda gedən döyüşlərdə ağır itkilər verib. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Rusiyaya məxsus döyüş təyyarələrinin dəstəyinə baxmayaraq, Əsəd ordusu geri çəkilmək məcburiyyətində qalıb. Məlumatlara görə, döyüşlər zamanı ən azı 35 suriyalı əsgər öldürülüb, 5 tank və 8 hərbi maşın partladılıb.