Müğənni və aktrisa Selena Qomes imicini kökündən dəyişib.
Oxu.Az xəbər verir ki, məşhur ulduz yeni imicini əks etdirən fotoşəklini "Instagram" hesabında paylaşıb.
32 yaşlı Selena Qomes fotoda kəsilmiş və dağınıq saçlarla əks olunub. Müğənni makiyajında qəhvəyi göz layneri, çəhrayı ənlik və narıncı dodaq boyası istifadə edib, onun əynində isə ağ xalat olub.