Rusiyada kollec direktoru və vəkili GÜLLƏLƏNDİ

24-06-2025, 12:34           
Rusiyada kollec direktoru və vəkili GÜLLƏLƏNDİ
Rusiyanın Tula vilayətində amansız qətl hadisəsi baş verib.
Novomoskovsk Olimpiya Ehtiyatları Kollecinin direktoru Aleksandr Arxipov və onun vəkili Yevgeni Aksenov güllələnib.

SHOT Telegram kanalının yazdığına görə, onların meyitləri Uzlovaya şəhəri yaxınlığındakı Mayski və Rotkinski kəndləri arasındakı magistral yolda tapılıb.

Hər iki şəxs güllə yarası alıb. Onlar avtomobildə olublar. Qurbanların həyatını xilas etmək mümkün olmayıb.

Hazırda hadisə yerində müstəntiqlər və əməliyyatçılar işləyir. Cinayətin bütün şəraiti, o cümlədən qətlin mümkün motivləri dəqiqləşdirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru