İki slavyan ölkəsi 5 ildən sonra birləşir - Proqnoz

31-12-2018, 08:34           
İki slavyan ölkəsi 5 ildən sonra birləşir - Proqnoz
1994-cü ildən Belarusun Prezidenti olan Aleksandr Lukaşenko rəhbərlik etdiyi ölkənin Ukraynanın taleyini bölüşməsini istəmir. Ona görə də o, Belarusun Rusiyaya birləşməsinin tərəfdarı kimi çıxış edir.

Musavat.com xəbər verir ki, iki slavyan ölkəsinin vahid dövlətdə birləşməsinin 2024-cü ildə olacağı gözlənilir. O da aydındır ki, Aleksandr Lukaşenko ömrünün sonuna qədər Belarusun indiki ərazisinin rəhbəri olaraq qalacaq...

Aleksandr Lukaşenko deyir ki, hazırda dünyada tamamilə müstəqil olan dövlət yoxdur. Ancaq Belarusun Rusiyaya birləşməsi ilə bağlı müxtəlif təkliflər var. Məsələn, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski təklif edirdi ki, Belarus hissə-hissə Rusiyaya birləşsin. Prezident Lukaşenko üçün bu variant məqbul deyil. O, ölkəsinin birdəfəyə və bütövlükdə Rusiyaya birləşməsinin tərəfdarıdır.

Prezident bildirib ki, Rusiya və Belarus xalqını bu məsələyə hazırlamaq lazımdır. Beynəlxalq ictimaiyyəti də məlumatlandırmağa ehtiyac var. Ekspertlər hesab edir ki, cənab Lukaşenko Belarusun neft və qaz baxımından Rusiyadan asılı olduğunu yaxşı bilir. Bu amil belarus xalqı arasında Rusiya ilə birləşməyə müsbət impuls verir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru