Bu jurnal Fransanı qarışdırdı – FOTO

1-01-2019, 10:07           
Bu jurnal Fransanı qarışdırdı – FOTO
Fransanın məşhur jurnallarından olan “Le Monde” sonuncu sayında faşist Almaniyasının lideri Adolf Hitlerlə Fransanın hazırkı prezidenti Emanuel Makronun fotosunu yan-yana verib. AzEuroNews.com xəbər verir ki, iddialara görə, Fransada “sarı jiletlilər”in kütləvi etiraz aksiyasına E.Makronun sərt müdaxilə edilməsi ilə bağlı göstərişi jurnalın onu diktator Hitlerə bənzətməsi ilə nəticələnib.

Ancaq jurnalın bu addımı Fransada birmənalı qarşılanmayıb. “Le Monde” baş redaktoru artan etirazlara görə, üzr istəyərək bir açıqlama yayınlayıb.


Jurnalın baş redaktoru Luk Bronner açıqlamasında bildirib ki, diqqət çəkmək istədikləri Emanuel Makronun Adolf Hitlerə bənzəməsi olmayıb. O,vurğulayıb ki, qrafik dizaynerləri 20-əsrin əvvəlindəki rus konstruktivizmindən ilhamlanıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru