Moskvada su və qazın qiyməti də qalxdı

1-01-2019, 11:45           
Moskvada su və qazın qiyməti də qalxdı
Moskvada soyuq və isti su, həmçinin qazın qiyməti 1 yanvardan 2% bahalaşıb.

Axar.az xəbər verir ki, bugündən Moskvada isti suyun kubu 188,53 rubldan 191,73 rubla, soyuq suyun kubu 38,06 rubldan 38,70 rubla qalxıb.

Qazın qiyməti isə 6,74 rubl olub.

Qeyd edək ki, bugündən moskvalılar üçün elektrik enerjisisinin, rusiyalılar üçünsə benzin, dizel yanacağı və tütün məmulatlarının da qiyməti bahalaşıb.

Ümumiyyətlə, Rusiyada əlavə dəyər vergisi 1 yanvar 2019-cu ildən 20%-ə qədər artıb. Bu isə bütün qiymətlərə təsir edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru