Deputat baş naziri təkzib etdi: Ölkəmizdə ABŞ-ın bazası var

1-01-2019, 13:41           
Deputat baş naziri təkzib etdi: Ölkəmizdə ABŞ-ın bazası var
Fəratın şimalında və cənubunda ABŞ-ın iki hərbi bazası var.

Axar.az xəbər verir ki, bunu İraq Məclisinin üzvü Ayd İmaş deyib. O, İraqın Baş naziri Adil Əbdülmehdinin ölkəsində ABŞ-a aid hərbi baza olmadığına dair açıqlamasını təkzib edib:

“ABŞ-a aid hərbi bazalara İraq əsgərlərinin və səlahiyyətli nümayəndələrinin girişinə icazə yoxdur. Bizləri ora getməyə qoymurlar”.

İmaş ABŞ Prezidnti Donald Trampın sonuncu İraq səfərindən sonra sözügedən hərbi bazalarda aktivliyin müşahidə olunduğunu söyləyib.

Qeyd edək ki, Adil Əbdülmehdi ötən gün İraqda ABŞ-a aid hərbi bazaların olmadığını söyləmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru