Kim Çendən xəbərdarlıq: İmtina edə bilərik

1-01-2019, 13:58           
Kim Çendən xəbərdarlıq: İmtina edə bilərik
ABŞ sanksiyalara davam edərsə, Şimali Koreya nüvə silahlarından imtina edilməsi barədə verdiyi sözündən dönə bilər.

Axar.az xəbər verir ki, bunuŞimali Koreya lideri Kim Çen İn xalqını yeni il münasibətilə təbrik edərkən deyib. O, ABŞ Prezidenti Donald Trampla görüşə biləcəyini söyləyib:

“Əgər ABŞ bütün dünyanın gözü qarşısnda verdiyi sözə əməl etməyib sanksiya məsələsində israr edərsə, müstəqilliyimizi və mənafeyimizi qorumaq üçün yeni bir yol üzərində çalışmaqdan başqa şansımız olmayacaq”.

Qeyd edək ki, ötən il ABŞ və Şimali Koreya liderləri nüvə silahından imtina edilməsi barədə razılığa gəlib. ABŞ isə növbəsində Pxenyana tətbiq edilən sanksiyaların ləğv ediləcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru