Tramp: "Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik"

5-01-2019, 07:23           
Tramp: "Ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik"
ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ-Meksika sərhədinin inşasına maliyyə ayrılması məqədilə Konqresin razılığından yan keçmək üçün ölkədə fövqəladə vəziyyət rejimini tətbiq edə bilər.

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə o, Ağ Evin bağında jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Amerika liderindən onun qanunvericilərin razılığı olmadan divarın tikintisinə pul ayrılması üçün ölkədə fövqəladə vəziyyətin tətbiq olunması imkanlarını nəzərdən keçirib-keçirməməsi soruşulub. "Əgər istəsəm, bunu edə bilərəm. Mən bunu etmədim", - deyə dövlət başçısı qeyd edib.

"Biz ölkədə fövqəladə vəziyyət rejimi tətbiq edə bilərik və onu (divarı-red) tez inşa edərik", - deyə Vaşinqton administrasiyasının rəhbəri bildirib.

Prezident əlavə edib ki, bu cür hərəkətlər ölkənin təhlükəsizliyi üçün lazım ola bilər. Lakin o, mümkün qərarın təfərrüatlarını açıqlamayıb.

Daha əvvəl məlum olub ki, ötən il ABŞ-Meksika sərhədində 376 mühacir ölüb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.