İnterpol axtarışda olan siyasi fəalları Azərbaycana təhvil verə bilərmi?

6-01-2019, 09:55           
İnterpol axtarışda olan siyasi fəalları Azərbaycana təhvil verə bilərmi?
“Rusiya və Türkiyə də İnterpol vasitəsi ilə Avropada hakimiyyətin təqibindən gizlənmiş şəxslərin ekrstradisiyasına nail olmaq və siyasi rəqiblərini zərərsizləşdirməyə çalışırlar”. AzEuroNews.com xəbər verir ki, Almaniya parlamentinin Azad Demokratik Partiyasından olan deputatı Konstantin Kule mətbuata açıqlamasında belə deyib. O, həmçinin bildirib ki, Federal Hökümətin barəsində sorğu edilmiş şəxsləri siyası təqiblər gözlədiyi haqqında dəqiq bilgilərə malik olmasından da şübhələnir. Kule konkret olaraq Rusiya və Turkiyənin adını çəkərək həmin ölkələrin dəfələrlə hakimiyyətə siyasi rəqiblərin və siyasi tənqidçilərinin ekstradisiyası üçün müraciət etdiyini vurğulayıb.

Deputat eyni zamanda Azərbaycan, Belarusiya və ya Qazaxıstan kimi ölkələr üçün də İnterpoldan daxildə bir əl kimi istifadə olunduğunu bildirib. Hətta İnterpolun xətti ilə siyasi fəalların saxlanılma faktlarını da qeyd edilib.

Almaniyanın Daxili İşlər Nazirliyi deputat qrupunun sorğusuna detallı cavab verməyərək bildirib ki, Federal Hökumət ekstradisiya hallarında sorğular haqqında statistik məlumatları saxlamır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru