Pentaqondan şok istefa

6-01-2019, 11:50           
Pentaqondan şok istefa
ABŞ Müdafiə Nazirliyində heyət rəhbəri Kevin Suini istefa verib.

Teleqraf.com xəbər verir ki, Pentaqon Kevin Suininin istefası ilə əlaqədar açıqlama yayıb.

İstefanın səbəblərinə toxunmayan Pentaqon ötən il müdafiə naziri Ceyms Mettis tərəfindən vəzifəyə gətirilən Kevin Suininin özəl sektora keçəcəyi bildirilir.

Qeyd edək ki, Kevin Suini müdafiə naziri Ceyms Mettis və Müdafiə Nazirliyinin sözçü Dana Uaytdan sonra Pentaqondan ayrılan üçüncü yüksək rütbəli şəxsdir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.