Yapon milyarderin “Tvitter”də yazısı dörd milyon dəfə paylayılıb

8-01-2019, 08:05           
Yapon milyarderin “Tvitter”də yazısı dörd milyon dəfə paylayılıb
Yapon milyarder Yusaku Maezavanın “Twitter”də yazısı ən çox paylaşılan olub. Bununla da milyarder 2017-ci ildə fast-fud qidalarını yeməmək üçün kömək istəyən amerikalı gəncin rekordunu təzələyə bilib.

Banker.az bildirir ki, bu barədə BBC yazıb.

Yaponiyanın onlayn ticarətlə məşğul olan “Zozo Inc” şirkətinin təsisçisi Yusaku Maezavanın yazısı dörd milyon dəfə paylaşılıb. Onun “Twitter”də yazısı şirkətinin uğurlu fəaliyyəti ilə bağlı olub. Belə ki, Yeni il və Milad bayramları ərəfəsində onun şirkəti 10 milyard iyenlik (təqribən 92,4 milyon dollar) satış edə bilib.

Yapon iş adamı bildirib ki, o, bu münasibətlə seçilmiş 100 nəfərə ümumilikdə 1 milyon dollar paylayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru