Ermənistan Rusiyadan yeni nəsil silahlar alır

24-01-2019, 17:37           
Ermənistan Rusiyadan yeni nəsil silahlar alır
Ermənistan Rusiyadan "AK-12" alan ilk ölkə olacaq

Ermənistan Rusiyanın son nəsil "AK-12" avtomatlarını alacaq ilk xarici ölkə olacaq. İlk partiyada 50 ədəd silah təhvil veriləcək.

"AK-12
Sputnik Azərbaycan xəbər verir ki, bunu "RİA Novosti"-yə müsahibəsində "Kalaşnikov" konserninin baş direktoru Vladimir Dmitriev bildirib. Onun sözlərinə görə, Rusiya və Ermənistan arasında bununla bağlı artıq müqavilə imzalanıb.

"Hələlik deyə bilərəm ki, Ermənistan Rusiyadan "AK-12" alacaq ilk ölkə olacaq. Müqavilə imzalanıb. Hələlik biz kiçik partiya, təxminən 50 ədəd avtomat hazırlayırıq. Onlar silaha baxacaq, yoxlayacaq və ümid edirəm ki, silahı almağa davam edəcəklər" - deyə Dmitriev vurğulayıb.

Rusiya Müdafiə Nazirliyi "AK-12" və "AK-15" silahlarını 2018-ci ilin yanvarında silahlanmaya götürüb.

Xatırladaq ki, "Kalaşnikov" konserni ötən ilin dekabrında "AK-12" avtomatlarının istehsalına başlayıb. Ötən ilin dekabrın 20-də Rusiya Silahlı Qüvvələri 2500 ədəd "AK-12" alıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru