ABŞ və KXDR liderləri Donald Tramp və Kim Çen In arasında görüş 60 gün ərzində baş tutacaq.
“Report” xəbər verir ki, bunu Birləşmiş Ştatların dövlət katibi Maykl Pompeo deyib.
"Bəli, o, (ABŞ — KXDR sammiti) 60 gün ərzində baş tutacaq", — deyə Pompeo radioaparıcı Lore İnqremə müsahibəsində bildirib. Onun sözlərini Dövlət Departamentinin mətbuat xidməti sitat gətirib.