Ekspert: "Ermənistanın əvvəlki hökumətləri dövründə ölkədən 10 milyard dollar çıxarılıb"

25-01-2019, 14:59           
Ekspert: "Ermənistanın əvvəlki hökumətləri dövründə ölkədən 10 milyard dollar çıxarılıb"
"Ermənistandan əvvəlki hökumətlər dövründə, yəni 2004-2013-cü illər ərzində xaricə 10 milyard ABŞ dolları məbləğində aktivlər çıxarılıb".

“Report” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə “Transparency İnternational” (“Beynəlxalq Şəffaflıq”) təşkilatının korrupsiya məsələləri üzrə eksperti Xaçiq Harutyunyan bildirib.

O, bu hallarla səmərəli mübarizə aparmaq, çıxarılan maddi ehtiyatları geri qaytarmaq üçün ölkədə struktur islahatları həyata keçirərək yalnız korrupsiya məsələlərinə baxacaq vahid istintaq qurumu yaratmağın vacib olduğunu diqqətə çatdırıb.

“Hüquq mühafizə orqanlarının fəaliyyətində şəffaflığa nail olunmalıdır”, – ekspert vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru