Trampın yaxın adamı həbs edildi

25-01-2019, 16:17           
Trampın yaxın adamı həbs edildi
ABŞ prezidenti Donald Trampa yaxınlığı ilə seçilən Roger Stoun həbs edilib.

Teref.Az “CNN” telekanalına istinadən xəbər verir ki, bununla bağlı xüsusi prokuror Robert Müller məlumat verib.

Müllerin sözlərinə görə, o, Federal Təhqiqat Bürosu tərəfindən Floridada ələ keçib.

Ona qarşı yeddi maddə üzrə ittiham irəli sürülüb. Onun cümə günü hakim qarşısına çıxarılması gözlənilir.

Xatırladaq ki, R.Stoun bir müddət D.Trampın müşaviri olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.