Hitlerin auksiona çıxarılan rəsm əsərləri müsadirə edildi – MƏHKƏMƏ QƏRARI

25-01-2019, 21:44           
Hitlerin auksiona çıxarılan rəsm əsərləri müsadirə edildi – MƏHKƏMƏ QƏRARI
Adolf Hitlerin çəkdiyi rəsmlər dünən Almaniyada auksiona çıxarılıb. AzEuroNews.com xəbər verir ki, paytaxt Berlindəki aukion evində təşkil olunan tədbirdə alıcılara təqdim olunan 286, 287 və 288 nömrəli rəsm əsərlərini polis müsadirə edib.

Buna səbəb isə, məhkəmə qərarı göstərilib. Belə ki, məhkəmənin qərarında bildirilir ki, rəsm əsərlərinin saxta olduğuna, A.Hitlerin imzasının rəsmlərə sonradan əlavə olunduğuna dair internet resurslarında iddialar var. Həmin iddiaların araşdırılması məqsədi ilə rəsm əsərlərinə məhkəmə qərarı ilə əl qoyulur.

Mövzu ilə bağlı “Bild” qəzetinə danışan polis sözcüsü Patrisia Bremer bildirib ki, çərşənbə axşamı günü internet resurslarında rəsmlərdəki Adolf Hitler imzasının saxta olduğuna dair iddialar yer alıb. Rəsm əsələri də məhkəmə qərarı ilə müsadirə edilib.



Məlumat üçün bildirək ki, auksiona Nasist Almaniyasının lideri Adolf Hitlerin peysaj janrında çəkdiyi 3 rəsmi çıxarılıb. „Rheinlandschaft“, „Alpenlandschaft“ və „Niederthal, Vent“ adlı rəsm əsərləri 1907-1911-ci illərə aiddir. Hər üçün rəsmdə Adolf Hitlerin imzası var.

Güman edilir ki, o bu rəsm əsəslərini Vyana Sənət Akademiyasından oxuyarkən çəkib. Hər üç rəsm auksionda alıcılara 4 min avrodan başlayan qiymətlə təklif olunub. İddialara görə, A.Hitler 2 mindən çox rəsm əsərinin müəllifidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru