Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib

26-01-2019, 08:42           
Quaydo Maduroyla danışıqlar aparmaqdan imtina edib
Venesuela Milli Məclisinin spikeri, özünü ölkənin müvəqqəti prezidenti elan etmiş Xuan Quaydo bildirib ki, o, hazırkı dövlət başçısı Nikolas Maduroyla dialoqa getmək niyyətində deyil.

"Report" "24 Horas" telekanalına istinadən xəbər verir ki, bu barədə siyasətçi mətbuat konfransında elan edib.

"Mən münaqişənin həllini istəyirdim, amma rejim bununla ələ salmağa qərar verdi. Mən rejimə həm də sülhü aydın anlatmaq istəyirəm - heç kim saxta dialoqa getməyəcək", - deyə o qeyd edib.

Quaydo həmçinin "qəsb edilmələr"in dayandırılmasının, Venesuelada "keçid hökuməti" təyinatlarının və "azad seçkilər" keçirilməsinin zəruri olduğunu bildirib.

Daha əvvəl ABŞ-ın dövlət katibi Maykl PompeoVenesuela prezidenti Nikolas Maduronu hakimiyyəti ölkə parlamentinin lideri Xuan Quaydoya təhvil verməyə çağırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru