İtaliya baş nazirinin müavini: "Qaydalar dəyişdirilməyəcəyi təqdirdə “Sofiya” missiyasına son qoyulmalıdır"

26-01-2019, 20:46           
İtaliya baş nazirinin müavini: "Qaydalar dəyişdirilməyəcəyi təqdirdə “Sofiya” missiyasına son qoyulmalıdır"
Əgər qaydalar dəyişdirilməzsə Aralıq dənizində insan alveri ilə mübarizə aparan Avropa İttifaqının “Sofiya” hərbi-dəniz missiyası ləğv edilməlidir, çünki bu, İtaliya üçün çox böyük yükdür.

AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın Baş nazirinin müavini və daxili işlər naziri Matteo Salvini söyləyib.

“Sofiya” hərbi-dəniz missiyasının mahiyyəti ondan ibarətdir ki, keçmiş Baş nazir Matteo Renzi hökumətinin miqrantlarla bağlı imzaladığı sazişdən sonra xilas edilən bütün mühacirlər yalnız İtaliyada sahilə çıxardılırdı. Ya qaydalar dəyişməlidir, ya da missiya başa çatmalıdır”, - deyə Baş nazirin müavini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru